"Kəpəz" İspaniya La Liqasında oynamış futbolçunu transfer etdi
Baş məşqçi postuna Azər Bağırovu gətirən "Kəpəz" heyətini daha bir futbolçu ilə gücləndirib.
Klubdan Mediasport.az saytına verilən məlumata görə, cinah futbolçusu Turan Manafovla yarımmüdafiəçi Valdemar Almeydanın ardından mərkəz müdafiəçisi Dioqo Verdaskanın transferi reallaşıb.
28 yaşlı portuqaliyalı ilə 2 illik müqavilə bağlanacağı bildirilib.
Son olaraq İspaniyanın Sequnda (2-ci Liqa) təmsilçisi "Mirandes"də oynamış pireneyli peşəkar futbola ölkəsinin nəhəngi "Portu"da başlayıb və 2 il (2015/2017) B komandasında forma geyinib.
Portuqaliyanın U-16, U-17, U-18, U-19 və U-20 yığmalarında 30 oyuna 1 qol vurmuş Verdaska "Saraqosa"nın heyətində 2 mövsüm La Liqada oynaması ilə öyünə bilər.
O, İsraildə "Beytar" və Polşada "Şlensk"də də legioner həyatı yaşayıb.