"Turan Tovuz" üçün şad xəbər - "Qarabağ"la matçda oynaya biləcək

"Turan Tovuz" üçün şad xəbər - "Qarabağ"la matçda oynaya biləcək

"Araz-Naxçıvan"la yoxlama matçında zədə alan "Turan-Tovuz"ın qapıçısı Aydın Bayramovun durumu müəyyənləşib.

Mediasport.az xəbər verir ki, yoldaşlıq oyununda topuğundan zədələnərək görüşü yarımçıq tərk edən gənc qolkiper MRT müayinəsindən keçib.

Həkimlər onun zədəsinin ciddi olmadığını bildiriblər.

Bayramov Tovuz klubunun Premyer Liqanın 10-cu turu çərçivəsində "Qarabağ"la qarşılaşmasında meydana çıxacağı gözlənilir.

Oyun oktyabrın 20-də keçiriləcək və 18:30-da başlanacaq.