"Neftçi" rəsmisi hakim biabırçılığı haqda: "Buna ofsayd deyən hakim özünə başqa peşə axtarsın" - VİDEO
Futbol üzrə U-14 liqasının "Neftçi" - "Sabah" yarımfinal oyununda hakimlər biabırçı səhvə yol veriblər.
mediasport.az xəbər verir ki, görüşün 78-ci dəqiqəsində "ağ-qaralar" qol vursalar da, yan xətt hakimi epizodun əvvəlində oyundankənar vəziyyət qeydə alıb.
"Neftçi"nin rəsmi səhifəsində paylaşılan videodan aydın görünür ki, bu epizodun ofsaydla yaxından-uzaqdan əlaqəsi yoxdur.
Klubun Media, Marketinq və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Rüstəm Allahverdiyev də şəxsi feysbuk səhifəsində videonu paylaşaraq etirazını bu cür ifadə edib: "Heç olmasa, uşaq futbolunda bunu eləməyin də…Buna oyundan kənar deyən hakim özünə başqa peşə axtarsın. Ayıbdır…".
Matçın hakimləri baş hakim Murad Səlimov, köməkçiləri Rasim Axundov və Zakir Şükürzadə olublar.