Azərbaycan çempionatında futbolçular əlbəyaxa davaya çıxdılar

Azərbaycan çempionatında futbolçular əlbəyaxa davaya çıxdılar

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

MediaSport.az xəbər verir ki, toplantıda federasiyanın bayrağı altında keçirilmiş aşağı yaş liqalarında qeydə alınmış intizamsız və kobud hərəkətlərə hüquqi qiymət verilib.

Diqqət çəkən məqamlardan biri iyunun 8-də oynanılmış İFA - “Kəpəz” matçında hər iki tərəfin nümayəndələrinin əlbəyaxa olmasıdır.

İFA komandasının heyətində Yəhya Şahverdiyevlə Sübhan Bədəlov “Kəpəz”dən İsmayıl Hüseynov və Elxan Məmmədov arasında insident yaşanıb. Tərəflər görüş bitdikdən sonra əlbəyaxa dava edib, bir-birilərini yumruq və təpiklə vurublar. Adları çəkilən 4 futbolçu qırmızı vərəqə ilə cəzalanıb. İK bu oyunçuları 6 oyunluq diskvalifikasiya edib.