"Sabah"ın yeni baş məşqçisi və köməkçiləri müəyyənləşib
Baş məşqçi axtarışlarını davam etdirən "Sabah" Krunoslav Renduliçlə anlaşıb.
Mediasport.az xəbər verir ki, Masazır təmsilçisi xorvatiyalı mütəxəssislə ilyarımlıq müqaviləni razılaşdırıb.
Bu barədə məlumatı yerli "sportske.jutarnji.hr", "gol.dnevnik.hr" saytları yayıb. Bildirilib ki, Renduliçin köməkçiləri Saşa Sablyak və Domaqoy Periç olacaqlar.
Məlumata görə, 50 yaşlı çalışdırıcı və köməkçiləri artıq Azərbaycandadır.
Renduliç vətənində "İstra", "Şibenik" və "Qoritsa"nın baş məşqçisi olub.
Son dəfə 2022-2023-cü illərdə Bosniya və Herseqovinanın "Zrinski" klubunu çalışdırıb.
İran milli komandasında köməkçi işləmiş məşqçi "Zrinjskini"ni çempion edib və ölkə kubokunu qazanıb.