La Liqa: Messi zirvəni fəth edib, Ronaldo ilk "5-lik"dən kənarda qalıb
İspaniya La Liqasında 2009-cu ildən bəri ən çox uğurlu driblinq edən oyunçuların adları açıqlanıb.
Mediasport.az xəbər verir ki, "Barselona"nın sabiq üzvü, hazırda ABŞ klubu "İnter Mayami"də oynayan Lionel Messi bütün rəqiblərini qabaqlayıb. İlk "3-lüy"ü "Atletik"dən İker Muniain və "Betis"dən İsko tamamlayıb.
Maraqlıdır ki, argentinalının əzəli rəqibi Kriştianu Ronaldu 6-cı olub.
La Liqada 2009-cu ildən bəri ən çox uğurlu driblinq edən oyunçular:
1. Lionel Messi ("Barselona") - 1848
2. İker Muniain ("Atletik") - 766
3. İsko ("Valensiya", "Malaqa", "Real", "Sevilya", "Betis") - 614
4. Joakin ("Valensiya", "Malaqa", "Betis") - 541
5. Ever Baneqa ("Valensiya", "Atletiko", "Betis") - 540
6. Kriştianu Ronaldu ("Real") - 523
7. Andres İnyesta ("Barselona") - 516
8. Marselo ("Real") - 515
9. Neymar ("Barselona") - 493
10. Fabian Orelyana ("Qranada", "Selta", "Valensiya", "Eybar") - 486