"Turan Tovuz"un üzvü DÇ-2026-nın seçmə mərhələ oyunlarına çağırılıb
“Turan Tovuz”un daha bir legioneri - Roderik Miller DÇ-2026-nın seçmə mərhələ görüşləri üçün Panama millisinə dəvət alıb.
Mediasport.az xəbər verir ki, təcrübəli müdafiəçi əvvəlcə yığmasının İspaniyada baş tutacaq təlim-məşq toplanışında iştirak edəcək.
Panamalılar burada hazırlıq çərçivəsində 2 yoxlama oyununda qüvvələrini sınayacaqlar.
Komanda bundan sonra mundialın seçmə mərhələsi çərçivəsində iyunun 7-də Qayana, 3 gün sonra isə Montserrat kollektivləri ilə qarşılaşacaq.
Miller 2011-ci ildən forma geyindiyi millidə 35 matç keçirib, 2 qol vurub.
Xatırladaq ki, tovuzluların cinah müdafiəçisi Denis Marandiçi də milli komandaya çağırılıb.