AFFA "Sabah"ı azarkeşlərinin söyüşlərinə görə cərimələyib

AFFA "Sabah"ı azarkeşlərinin söyüşlərinə görə cərimələyib

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Mediasport.az xəbər verir ki, toplantında Azərbaycan Premyer Liqasının 9-cu tur qarşılaşmalarında qeydə alınmış qayda pozuntularına hüquqi qiymət verilib.

“Zirə” – “Turan Tovuz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən görüşün hakimlərinin ünvanına kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ilk dəfə yaşandığına görə “Turan Tovuz” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

“Sabah” – “Araz-Naxçıvan” oyununda “Sabah” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə qeyri-etik ifadələr səsləndirildiyinə və bu hal mövsümdə ikinci dəfə yaşandığına görə “Sabah” klubu 500 manat cərimə edilir (maddə 43.7);

“Sabah” – “Araz-Naxçıvan” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);

“Sumqayıt” – “Kəpəz” oyununda “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Kəpəz” klubu 700 manat cərimə edilir (maddə 37);

“Sumqayıt” – “Kəpəz” oyununda topdaşıyan rəqib künc zərbəsi başlayarkən topu kənara atdığına görə “Sumqayıt” klubu 1500 manat cərimə edilir (maddə 74.3);