Madrid "Real"ının keçmiş forvardını hansı Azərbaycan klubu istəyir?

Madrid "Real"ının keçmiş forvardını hansı Azərbaycan klubu istəyir?

Rusiyanın "eurostavka.ru" saytı səs-küy yaradacaq məlumat paylaşıb.

mediasport.az xəbər verir ki, sayt 14 il Madrid "Real"ının əvəzedici və əsas komandasının futbolçusu olmuş Denis Çerışevin karyerasını Azərbaycanda davam etdirəcəyini yazıb.

Məlumata əsasən, hazırda İtaliya B Seriyasında çıxış edən "Venesiya"nın hücumçusu ilə "Sabah" maraqlanır. Murad Musayevin Rusiya yığmasının forvardını icarəyə götürmək istədiyi iddia edilir.

Yetərincə La Liqa təcrübəsi olan və "qalaktikos"un əvəzedicilərində 104, əsas komandasında isə 4 görüşdə forma geyinmiş 31 yaşlı Çerışev "Sevilya", "Valensiya" və "Vilyarreal" kimi İspaniya nəhənglərinin də heyətində çıxış edib.

"Transfermarkt"ın 1.8 milyon avro dəyərində qiymətləndirdiyi futbolçu "Venesiya"da bu mövsüm 10 oyun keçirib, 3 qol vurub. Hazırda zədəli olan forvard 2 həftəyə bərpa olunacaq.