"Türkdilli Ölkələr Turniri": Millimiz Ərzurumda Türkiyə ilə qarşılaşacaq

  "Türkdilli Ölkələr Turniri": Millimiz Ərzurumda Türkiyə ilə qarşılaşacaq

16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Türkiyədə təşkil olunan "U-16 Türkdilli Ölkələr Turniri"ndə bu gün 2-ci oyununu keçirəcək.

Mediasport.az xəbər verir ki, U-16 Ərzurum Yüksək İrtifa Təlim-Məşq Mərkəzində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə 16:00-da qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Millimiz turnir çərçivəsində keçirdiyi ilk oyununda Türkmənistanın U-17 kollektivinə 0:3 hesabı ilə məğlub olub.