De Byazi: "Çox inkişaf edirik"
Futbol üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Canni De Biazi Albaniya mətbuatına açıqlama verib.
Mediasport.az xəbər verir ki, “abcnews”a danışan italiyalı işində qarşılaşdığı çatışmazlıqlardan gileylənib.
Azərbaycan millisi ilə təcrübəsinin yaxşı getdiyini deyən De Byazi çətinliklərdən danışıb: "Biz çox inkişaf edirik. Futbolçuların keyfiyyətinin aşağı olması baxımından bəzi struktur çətinliklərimiz var. Klublarda əcnəbi futbolçular çoxdur və bu da Azərbaycan millisinə kömək etmir".
İtalyalı məşqçi daha əvvəl çalışdığı Albaniya seçməsi haqqında da fikirlərini bölüşüb: “Ümid edirəm ki, AVRO-2024-ə yüksələ bilərlər. Hətta bunu edəcəklərinə şübhəm yoxdur. Seçmə mərhələni birinci yerdə başa vurmaq üçün hər şeyə sahibdirlər".
Qeyd edək ki, ölkəmizdə 2020-ci ildən çalışan mütəxəssis 2011-2017-ci illərdə Albaniya millisinin baş məşqçisini olub və bu ölkəni AVRO-2016-nın final mərhələsinə çıxarıb.