Qızlarımız Slovakiya və Latviya milliləri ilə qarşılaşacaq - AÇ

Qızlarımız Slovakiya və Latviya milliləri ilə qarşılaşacaq - AÇ

17 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının təqvimi müəyyənləşib.

MediaSport.az xəbər verir ki, Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz B Liqasının 4-cü qrupunda Slovakiya və Latviya komandaları ilə mübarizə aparacaq.

Bu qrupun oyunları Latviyada keçiriləcək.

Latviya – Azərbaycan

23 oktyabr. Salaspils. Salaspils BSS stadium. Saat 20:00

Hakimlər: Lisa Benn, Sophie Dennington (İngiltərə), Line Cathrine Nymoen, Emilie Torkelsen (Norveç)

Azərbaycan – Slovakiya

26 oktyabr. Salaspils. Salaspils BSS stadium. Saat 14:00

​Hakimlər: Anastasiya Romanyuk, Oleksandra Vdovina (Ukrayna), Sophie Dennington, Lisa Benn (İngiltərə)