Musa Qurbanlının komandası mövsümə darmadağınla başlayıb

Musa Qurbanlının komandası mövsümə darmadağınla başlayıb

Futbol üzrə İsveç Superliqasında 2024/2025-ci illər mövsümünə start verilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Musa Qurbanlını heyətində yer aldığı "Yurqorden" "Yöteborq"un qonağı olub.

22 yaşlı forvardın 70-ci dəqiqədə şans qazandığı qarşılaşma komandasının böyükhesablı qələbəsilə başa çatıb - 4:1.