Mahir "Legiya"nın tarixinə düşdü
Milli komandamızın hücumçusu Mahir Emreli qalmaqallı şəkildə ayrıldığı "Legiya"nın tarixinə düşüb.
mediasport.az xəbər verir ki, Zaqreb "Dinamo"sunun forvardı Polşa klubunun son 10 ildəki bombardirlərinin siyahısında yer alıb.
2021-ci ildə Varşava təmsilçisinin heyətində 33 oyuna 11 dəfə fərqlənən 26 yaşlı futbolçunun qol ortalaması 0,33-ə bərabər olub. Emreli bu göstərici ilə siyahının 10-cu pilləsində qərarlaşıb.
1.Nemanya Nikoliç - 0,64 (55 qol / 86 oyun)
2.Yaroslav Niezqoda - 0,48 (29 qol / 60 oyun)
3.Tomaş Pexart - 0,43 (39 qol / 90 oyun)
4.Marek Saqanovski - 0, 41 (58 qol / 135 oyun)
5.Vladimir Dvalişvili - 0,40 (21 qol / 53 oyun)
6.Daniel Lyuboya - 0,38 (30 qol / 78 oyun)
7.Orlando Sa - 0,36 (15 qol / 42 oyun)
8.Karlitos - 0, 36 (24 qol / 66 oyun)
9.Aleksandar Priyoviç - 0,33 (24 qol / 72 oyun)
10.Mahir Emreli - 0,33 (11 qol / 33 oyun)