Renat Dadaşovun komandası səfərdə "Başakşəhər"lə qarşılaşır

Renat Dadaşovun komandası səfərdə "Başakşəhər"lə qarşılaşır

Futbol üzrə Türkiyə Kubokunda 1/16 final mərhələsinin oyunları davam edir.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 3 qarşılaşma keçiriləcək.

Azərbaycan milli komandasının üzvü Renat Dadaşovun çıxış etdiyi "Hatayspor" paytaxta səfər edəcək.

1/16 finala dünən keçirilən 3 oyunla ilə start verilib.

Bu mərhələyə sabah yekun vurulacaq.

Türkiyə Kuboku

15:30 "Sivasspor" - "Konyaspor"

18:30 "Başakşəhər" - "Hatayspor"

21:45 "Qaziantepspor" - "Fənərbağça"