İspaniyalı dünya və Avropa çempionu "Sabah"la görüşdü

İspaniyalı dünya və Avropa çempionu "Sabah"la görüşdü

İspaniyanın paytaxtı Madriddə keçirilən "MadCup" beynəlxalq turnirində iştirak edən "Sabah"ın U-10 komandası turnir çərçivəsində ilk oyunlarını keçirib. 

Mediasport.az xəbər verir ki, "Sabah" ilk matçında yerli "CDE DR Academy Sport" klubuna böyük hesabla qalib gəlib - 8:0.

Görüşdə təmsilçimizin qollarını Amin Adıgözəlov, Ayxan Hüseynli, Cavidan Ağayev (2), David Zeynalov, Mehbalı Qəhrəmanlı, Əbəlfəzabbas Qasımlı və Yusif Baxşıyev vurublar.

"Sabah" növbəti oyunlarında ABŞ-nin "Doral" (0:2) və İspaniyanın "Posuelo De Alarkon" (2:7) komandalarına məğlub olub. Son dueldə Nihad Həsənovla David Zeynalov fərqləniblər.

U-10 komandasının üzvləri və məşqçilər heyəti turnirin açılış mərasimində iştirak edəcək dünya futbolunun ulduzlarından dünya və Avropa çempionu David Vilya ilə görüşüb.