"Mediasport" yazdı, "Səbail" fransalının keçidini rəsmiləşdirdi

"Mediasport" yazdı, "Səbail" fransalının keçidini rəsmiləşdirdi

Qış hazırlığını davam etdirən "Səbail" ilk transferini reallaşdırıb.

mediasport.az xəbər verir ki, Bayıl klubu heyətini David Qomislə gücləndirib.

Qvineya-Bisau əsilli fransalı hücumçu ilə 1 illik müqavilə imzalanıb.

Qomis son olaraq Fransa Liqa 2-də çıxış edən "Pau" komandasının şərəfini qoruyub. O, Qvineya-Bisau yığmasının da üzvüdür.

Qeyd edək ki, transferlə bağlı ilk xəbəri məhz mediasport.az saytı yayıb (https://mediasport.az/son-deqiqe-sebail-fransali-futbolcu-ile-anlasdi).