"O, Messi və Ronaldu kimi, adını tarixə yazdırmaq üçün can atır"
“Real”ın keçmiş əfsanələrindən (1195/2010) Quti Madrid təmsilçisinin futbolçusu Cud Bellingem haqda fikir bildirib.
Mediasport.az xəbər verir ki, İspaniya yığmasının sabiq yarımmüdafiəçisi 20 yaşlı futbolçunun heyrətamiz performans sərgilədiyini deyib:
“Real” azarkeşləri Bellingemi çox sevirlər. Onun özü də əvvəldən bu kluba gəlmək istəyirdi. Bellingemin hazırda olduğu yerə namizəd öncədən Kilian Mbappe və Erlinq Haland idi.O, Lionel Messi və Kriştianu Ronaldu kimi adını tarixə yazdırmaq üçün can atır”.
İngiltərə millisinin üzvü İspaniya nəhənginə bu yay “Borussiya”dan (Dortmund) transfer edilib. Bellingem “kral klubu”nun heyətində İspaniya La Liqasında 8 oyuna çıxıb, 8 qol vurub, 2 məhsuldar ötürmə edib.