"Messi yenə Dünya çempionu ola bilməyəcək" - OZOBİÇlə MÜSAHİBƏ
6 ildir ölkəmizdə çıxış edən, vaxtilə Xorvatiya yığmasının əsas komandasında da forma geyinmiş "Qarabağ" və millimizin üzvü Filip Ozobiç Rusiya mətbuatına müsahibə verib.
mediasport.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi Dünya Kubokunda yarımfinala vəsiqə qazanan həmyerlilərinin çıxışı və imkanları barədə danışıb.
Heç kim Xorvatiyanın 1/4 finala çıxacağına inanmasa da, onlar yarımfinaldadırlar. Nə baş verir?
- Son oyundan əvvəl də hamı Braziliya millisinin favorit olduğunu düşünürdü, lakin Xorvatiya futbolçuları xarakter göstərərək yarımfinala vəsiqə qazandılar. Mən də buna görə özümü xoşbət hiss edirəm.
Penaltilər seriyasında Xorvatiyanın milli sirri nədədir?
- Bəli, belə bir şey var. Xorvatiya heç vaxt penaltilər seriyasında məğlub olmayıb. Beləliklə, penaltilərlə də finala çıxmaq mümkündür.
Bəs həmyerliləriniz yarımfinalda Messini dayandıra bilər?
- Messini sevirəm, ona uğurlar arzulayıram. Amma düşünürəm ki, Messi yenə Dünya çempionu ola bilməyəcək.
Niderland - Argentina matçındakı mübahisələri gördüz, yəqin.
- Bəli, çox çətin oyun idi. Argentinalılar temperamentlidirlər. Düşünürəm ki, Xorvatiya onlarla oyunda daha yaxşı olacaq və qalib gələcək.
Düşünmürsüz ki, onlarla görüşdə də mübahisələr yaşana bilər? Yoxsa hər şeyin qaydasında gedəcəyinə inanırsız?
- Argentinalılarla sakit oynamaq çətin olacaq. Onlarla matçda bir-iki qol vurub irəliləmək lazım gələcək.
Səncə, Xorvatiyanın ən yaxşı oyunçusu kimdir?
- Mənim üçün Luka Modriç həmişə bir nömrədir. Ona görə də adını rahatlıqla qeyd edriəm. O, “Qızıl top”u qazanan yeganə xorvatdır.
Dominik Livakoviç DÇ-2022-nin ən yaxşı oyunçusu adına iddia edə bilər?
- Bəli, o, yaxşı qapıçıdır. Bir neçə penalti dəf edib. Livakoviç millimiz üçün çox vacib oyunçudur.
Xorvatiyanın gözəl futbol nümayiş etdirməyən köhnə və ləng komanda olması ilə bağlı söhbətlərə münasibətiniz necədir?
- İnsanlar belə deyir. Kim belə danışıbsa, artıq evə yollanıb. Biz isə hələ də buradayıq, millini yarımfinalda görürük...