Mikayıl Cabbarov karyerasını başa vuran güləşçi Hacı Əliyevdən yazdı
"O, mübarizə əzmi, intizamı və çalışqanlığı ilə hər zaman komanda yoldaşlarına nümunə olub".
Mediasport.az xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov karyerasını başa vuran sərbəst güləş üzrə 2 qat olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu Hacı Əliyev haqqında paylaşımında qeyd edib.
Federasiya rəhbəri Hacını daim gənclərə nümunə olduğunu vurğulayıb:
"Ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla bir çox yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə Hacı Əliyevə təşəkkürümü bildirirəm. İnanırıq ki, o, zəngin təcrübəsi ilə bundan sonra da Azərbaycan güləşinin inkişafına dəstək olacaq. Hər şey üçün çox sağ ol, Hacı".
Xatırladaq ki, Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəni 1/4 finalda dayandıran 33 yaşlı idmançı "Rio-2016"da 3-cü olub (57 kq), "Tokio-2020"də isə ikinci yeri tutub (65 kq).