Murad Məmmədov Budapeştdə reytinq turnirinin qalibi olub
Azərbaycanın yunan-Roma güləşçisi Murad Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirinin qalibi olub.
Mediasport.az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda moldovalı Viktor Çobanuya tam üstünlüklə qalib gəlib.
Beka Kandelaki (130 kq) isə ilk görüşdə uduzaraq mübarizəni medalsız başa vurub.
Yarışda ölkəmizi 5 yunan-Roma güləşçisi təmsil edir. Sabah Eldəniz Əzizli (55 kq), Həsrət Cəfərov, Ülvi Qənizadə (hər ikisi 72 kq) və Sənan Süleymanov (77 kq) mübarizəyə qoşulacaq.
Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərdən Maqomedxan Maqomedov (97 kq) gümüş, Hacı Əliyev (65 kq) isə bürünc medal qazanıb.