9 güləşçimizdən 2-si finalda yarışacaq - Avropa çempionatı
Bakı İdman Sarayında təşkil olumuş güləş üzrə U-23 Avropa çempionatı davam edir.
Mediasport.az xəbər verir ki, ikinci yarış günündə Azərbaycanın 9 yunan-Roma güləşçisi mübarizə aparacaq.
Nihad Quluzadə (60 kq), Fərahim Mustafayev (67 kq), Murad Əhmədiyev (97 kq) təsnifat, Ruslan Nurullayev (72 kq), Qurban Qurbanov (82 kq) 1/8 final görüşünə çıxacaq.
Laçın Vəliyev (87 kq) təsəlliverici, Rəşad Məmmədov (55 kq) bürünc medal uğrunda görüşdə, Ziya Babaşov (63 kq) və Xasay Həsənli (77 kq) isə finalda yarışacaq.
Təsəlliverici, təsnifat və 1/8 görüşləri 10:30-da, bürünc medal uğrunda və final yarışları isə 18:00-da başlanacaq.