Milli komandamızın olimpiada öncəsi son hazırlığı start götürüb
Azərbaycanın güləş üzrə milli komandaları Paris olimpiadasına son hazırlıq prosesinə start verib.
Mediasport.az xəbər verir ki, iyulun 17-dən etibarən sərbəst və qadın güləşi yığmalarımız Quba Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb.
Yunan-Roma güləşçilərimiz isə ayın 21-dən həmin məkanda son hazırlıq prosesinə start verəcəklər.
Hər 3 komandanın Yay Olimpiya Oyunlarına hazırlıq xarakteri daşıyan son toplanışı iyulun 31-dək davam edəcək. Hazırlıq prosesində taktiki-texniki çalışmalara, rəqiblərin fərdi təhlilinə üstünlük veriləcək.
Azərbaycan güləşçiləri avqustun 2-də Fransaya yollanacaqlar. Paris-2024-də güləş yarışı avqustun 5-11-i aralığında baş tutacaq.