"Uduzmağı heç sevmirəm, bu dəqiqə çox əsəbiyəm" - De Byazi
Azərbaycan AVRO-2024-ün seçmə mərhələsinin 8-ci turunda Avstriya ilə qarşılaşıb (0:1).
Mediasport.az xəbər verir ki, görüşdən sonra milli komandamızın baş məşqçisi Canni de Byazi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
İtaliyalı mütəxəssis öncə oyunla bağlı fikirlərini bölüşüb: "Yaxşı oyun keçirdik. İlk hissədə oyunumuz yaxşı alınmadı. Topla bacarığımızı göstərə bilmədik. Fasilədən sonra yaxşı oynadıq. Təəssüf ki, qol buraxdıq. Amma balansı saxlamışdıq, mübarizə aparırdıq. Sona qədər meydanda qaldıq. Heyf ki, son dəqiqəqə yaxşı şansımız oldu. Toral üçün heyfslənirəm, çox yaxşı oynadı, qol vurmağa layiq idi. Heyf ki, yaxşı nəticə olmadı".
De Byazi daha sonra jurnalistlərin suallarını cavablandırıb:
Avstriyanın əvəzetmələrinə gec reaksiya göstərdik. Sonuncu əvəzetməni hansı oyuna saxlamışdız?
- İkinci yarıda yaxşı oyun gedirdi, dəyişikliklərə ehtiyac yox idi. Fasilədən sonra rəqib qol vurdu. Son dəqiqəyə qədər mübarizə apardıq. Avstriya güclüdür, Avropa çempionatına vəsiqə qazandı. Güclü çempionatlarda oynayırlar, fiziki baxımdan güclüdürlər.
Rəqibə hansı komponentdə uduzduq?
- Əsasən ilk hissədə topla daha yaxşı oynamalıydıq. Nədənsə, çəkinirdik, qorxurduq. Üç gün əvvəl Estoniya ilə oynamışdıq, yorğunluq görünürdü. Avstriya güclü idi, amma biz də inkişaf etmişik. Dörd qol buraxmadıq, yalnız penaltiyə görə uduzduq. 90 -cı dəqiqədə qol vursaydıq, bu gün burada pivənin iyisini hiss etməyəcəkdik. Əlimizdən gələni etdik. Amma uşaqlardan çox da nəsə tələb edə bilmərik.
Jurnalistlərlə heç vaxt razı olmursuz. Oyun ərzində aut ata bilmirdik, standart vəziyyətlərdə effektli deyildik. Bunu nə ilə əlaqələndirirsiniz?
- Təbii ki, jurnalistlərlə razı olmaya bilərəm. Məcbur deyilik ki, bir-birimizlə razılaşacaq. Məsələn, sənin "Real"dan xoşun gəlir, mənim yox. Uşaqlar maksimum oynadılar. Mənim üçün tək vacib keyfiyyət deyil, ən vacibi bütün enerjisini meydanda qoysunlar. Bu baxımdan razıyam onlardan. Təbii ki, nəticə fərqli olsaydı, daha çox sevinərdik. Futbol piramida kimidir. Yuxarıda yer azdır, aşağıda çoxdur. Addım-addım piramidanın yuxarısına gəlməliyik.
İnkişaf etmək üçün nə lazımdır?
- Heç nə bir gün də hazır olmur. 14 ayda fakt odur ki, 7 qüələbəmiz var, 6 məğlubiyyətimiz, iki heç-heçəmiz. Bu faktdır. Özündən güclülərə qarşı oynayırsansa....Avstriyaya uduza bilərik, amma başımız dik qaldıq, sona qədər mübarizə apardıq.
Zaldan-yerdın pivə qoxusu gəlir, çünki Avstriya millisi mətbuat konfransında final mərhələsinə vəsiqəni pivə ilə qeyd etdi. Nə vaxta kimi biz rəqiblərin pivəsini iyləyəcəyik?
- Çayın iyini istəyirsən? (gülür). Kimin nə xoşuna gəlir, onu içir. Bilmirəm, nə vaxt biz də sevinəcəyik, bizdə də belə olacaq. Nəyisə əldə etmək istəyiriksə, vaxt lazımdır. Bu il çox oyunçu xaricə getdi, amma həmən nəticə istəyə bilmərik. Oyunçu seçimi çox olmalıdır.
Millətlər Liqasında pley-off oynamaq şansımız var. Rəqibləri izləyirsiz?
- Bəxtimizdən Lüksemburq da, Yunanıstan da uduzacaq.
Musa Qurbanlını iki oyunda çox az oynatdız. Səbəb nədir?
- Ozancan Kökçü, Rəşad Əzizli də oynamadı. 25 nəfərimiz var, iki nəfəri kənarda saxlamalıyıq. Onları kənarda saxlayanda ürəyim ağrıyır, hamısı oğlum kimidir. Uduzmağı heç sevmirəm, çox əsəbiyəm. Amma yenə də uşaqlara oyundan sonra çox sağol dedim. Məni əsəbləşdirən an, topla ilk yarıda daha yaxşı oynamalıydıq.
Bu gün uduzmaqla seçmə mərhələdən Avropa çempionatına vəsiqə qazanmaq şansımızı rəsmən itirdik. İşdir, Lüksemburq və Yunanıstan bizə o şansı versə, necə olacaq? Bunlar baş versə, Gürcüstanla oynayacağıq. Nələri dəyişmək lazımdır?
- Nəyə hazırıq? Hər şeyi proqramlaşdırıram. Hazırda biz ancaq gözləməli və ümid etməliyik ki, bunlar baş versin.
Bizdə belə şans olsa, nəyi dəyişməliyik ki, uğurlu çıxış edək?
- Başa düşdüm. Məqsədi başa düşdüm. Heç nəyi dəyişməli deyilik, çalışacağıq ki, belə inkişaf edək və güclənək.
Komandada ştatlı penalti vuran Emindir?
- Ramil Şeydayev qol vurur. Hələ ki, odur. Eminin 11 qolu var, digərləri də vursun.
Son üç oyunda milli komandada sanki irəliləyiş hiss olunur. Birdən-birə nə dəyişdi?
- Biz seçmə mərhələyə yaxşı başlamadıq, ilk oyunumuz Avstriya və İsveçdəydi. Birində 4, digərində 5 qol buraxdıq. O oyunları yaxşı analiz edin, görün bizdə nə çatışmadı. Təcrübə baxımdan çox geri qalırıq. Çox işləməliyik. Çox xal yığmamışıq. Amma kimsə fikirləşirdi ki, bu qrupda çox xal yığararaq qrupdan çıxacağıq, demək ki, futbolu yaxşı izləmir və futboldan başı çıxmır.
Elvin