Millimizin Şimali İrlandiya ilə matçının stadionu açıqlandı

Millimizin Şimali İrlandiya ilə matçının stadionu açıqlandı

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib

Mediasport.az xəbər verir ki, görüş Ballimena şəhərində yerləşən “The Showgrounds” stadionunda baş tutacaq.

F qrupu çərçivəsində keçiriləcək qarşılaşma oktyabrın 12-də oynanılacaq.