FİBA Avropa Kuboku: "Sabah" Yunanıstandan məğlub dönür
"Sabah" basketbol klubu FİBA Avropa Kubokunda növbəti oyununu keçirib.
Mediasport.az xəbər verir ki, Azərbaycan çempionu qrup mərhələsinin 5-ci turu çərçivəsində Yunanıstanda "Marussi"yə uduzub (71:82).
G qrupunun digər oyununda "Spiru" Belçikada "Nörçöppinq"i məğlub edib (93:86).
Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv 4 turdan sonra qrup sonuncusudur.
FİBA Avropa Kuboku. G qrupu. 5-ci tur
"Marussi" (Yunanıstan) - "Sabah" (Azərbaycan) 82:71
Hakimlər: Marek Kukelçik (Slovakiya), Nemanya Ninkoviç (Serbiya), Mladen Luçiç (Montoneqro).
Marussi Saint Tomas Sarayı.