Milli komandamız ikinci görüşdə Mərakeş yığmasına məğlub olub

Milli komandamız ikinci görüşdə Mərakeş yığmasına məğlub olub

Azərbaycanın futzal üzrə U-19 millisi AFFA-nın təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən beynəlxalq turnirdə ikinci oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, komandamız Mərakeşin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Bakı İdman Sarayında keçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

U-19 millimiz daha öncə Belarus yığmasına 1:3 hesabı ilə uduzmuşdu.

Yarışa sabah keçiriləcək Belarus - Mərakeş matçı ilə yekun vurulacaq.