Milli komandamız təlim-məşq toplanışı üçün Rusiyaya yollanıb

Milli komandamız təlim-məşq toplanışı üçün Rusiyaya yollanıb

Kosovoda keçiriləcək Avropa çempionatının təsnifat mərhələsində mübarizə aparacaq 18 yaşadək oğlan həndbolçulardan ibarət Azərbaycan millisi Rusiyanın Həştərxan şəhərinə yollanıb.

Mediasport.az xəbər verir ki, komanda burada təlim-məşq toplanışında iştirak edəcək.

Yığma hazırlıq prosesində yerli komanda ilə üç yoxlama matçı keçirəcək.

İyunun 11-dək davam edəcək toplanışda baş məşqçi Rəşad Hüseynovun sərəncamında 15 oyunçu olacaq.

Millimizin iyulda Mingəçevirin “Kür” Olimpiya Tədris-İdman Mərkəzində daha bir təlim-məşq toplanışı nəzərdə tutulub.

Avropa çempionatının təsnifat mərhələsi avqustun 12-18-i aralığında Kosovoda gerçəkləşəcək.