Avropa Kuboku: "Azəryol" və "Kür" uduzdu, "Qarabağ" qələbə qazandı

  Avropa Kuboku: "Azəryol" və "Kür" uduzdu, "Qarabağ" qələbə qazandı

Qadın həndbolçulardan ibarət "Azəryol", "Kür" və "Qarabağ" Avropa Kubokunda mübarizəyə start veriblər.

Mediasport.az xəbər verir ki, Bakı və Mingəçevir klubu uduzub, "Qarabağ" isə qalib gəlib.

Təmsilçilərimizin cavab oyunları bu gün keçiriləcək.

Avropa Kuboku. 2-ci mərhələ. İlk oyun

"Qarabağ" (Azərbaycan) - "Differdanj" (Lüksemburq) 27:24 (16:14)

Hakimlər: Svetoslav Yovçev, Zvezdalin Yonçev (hər ikisi Bolqarıstan).

Bakı, Azərbaycan.

"Azəryol" (Azərbaycan) - "Qaliçanka" (Ukrayna) 22:36 (12:15)

Hakimlər: Stefan İvanoviç, Marko Vuyisiç (hər ikisi Monteneqro).

Bakı, Azərbaycan.

"Kür" (Azərbaycan) - "İonias" (Yunanıstan) 25:32 (14:14)

Hakiimlər: Militsa Paviçeviç, Sladyana Martinoviç (hər ikisi Monteneqro).

Afina, Yunanıstan.