Milli komandanın sabiq futbolçusu 42 yaşında dünyasını dəyişib

Milli komandanın sabiq futbolçusu 42 yaşında dünyasını dəyişib

1998/2006-cı illərdə futbol üzrə Ukrayna yığmalarında forma geyinmiş Boqdan Şerşun dünyasını dəyişib.

Mediasport.az xəbər verir ki, 42 yaşlı veteran uzun sürən xəstəlikdən vəfat edib.

Məlumatı Ukrayna Futbol Assosiasiyası paylaşıb.

"Dnepr"in yetirməsi "Arsenal" (Ukrayna), "Krivbas" (Ukrayna), ÇSKA (Rusiya) və "Volın" (Ukrayna) klublarında oynayıb.

Mərhum müdafiəçi 2005-ci ildə Mosvka ÇSKA-sı ilə ovaxtkı UEFA Kubokununun qalibi olub.