Azərbaycan Kubokunda FİNAL: "Neftçi" "Qəbələ"dən revanş alacaq?

Azərbaycan Kubokunda FİNAL: "Neftçi" "Qəbələ"dən revanş alacaq?

Bu gün futbol üzrə Azərbaycan Kuboikunun final matçı keçiriləcək.

mediasport.az xəbər verir ki, bununla da ölkəmizdə 2022/2023-cü illər üçün nəzərdə tutulmuş peşəkar futbol mövsümünə yekun vurulacaq.

AFFA-nın təşkil etdiyi Region Liqasında həlledici qarşılaşma isə iyunun 4-də baş tutacaq.

"Qəbələ" ilə Azərbaycan Kubokunun final oyunu "Bakcell Arena"da keçiriləcək. Lakin "Neftçi" burada nominal ev sahibi olacaq.

Komandalar tarixlərində ikinci dəfə Azərbaycan Kubokunun finalında üz-üzə gələcəklər. Tərəflər 2013/2014-cü illər mövsümünün finalında qarşılaşıblar və 1:1 hesabı ilə bitən dueli penaltilər sayəsində “Qəbələ” qazanıb - 3:2.


Azərbaycan Kuboku. Final

20:00 "Neftçi" - "Qəbələ"

Hakimlər: İnqilab Məmmədov, Kamran Bayramov, Vüsal Məmmədov, Tural Qurbanov

VAR: Əliyar Ağayev

AVAR: Akif Əmirəli

Hakim-inspektor: Barış Şimşek

AFFA nümayəndəsi: Seymur Səlimli

Ehtiyat VAR: Cavid Cəlilov

Ehtiyat köməkçi hakim: Rəhman İmami