Azərbaycan çempionu yeni ildə ilk transferini rəsmiləşdirib
Futzal üzrə son Azərbaycan çempionu “Araz-Naxçıvan” 2024-cü ildə ilk transferini rəsmiləşdirib.
Mediasport.az xəbər verir ki, ölkə çempionu Andre Korrea dos Santos Juniorla anlaşıb.
Andrezinyo ləqəbli 26 yaşlı oyunçu mövsümün sonuna qədər “qırmızı-ağlar”ın formasını geyinəcək.
Buna qədər vətənində “Sao Lourenço”, “Taubate”, “Yuventude”, “Esporte Futuro” və “Praya” klublarında çıxış etmiş hücumameyilli futzalçı yanvarın 11-də Bakıya gələcək və ertəsi gün yeni komandası ilə məşqlərə başlayacaq.
Qeyd edək ki, Yüksək Liqanın liderini dekabrda Eriko Dannilo, Xətai Bağırov və İsa Atayev tərk ediblər.