Millimizin aqibəti xanımlara tapşırıldı
Qadınlardan ibarət Azərbaycan milli komandasının noyabrın 10-da və 13-də Xorvatiya yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunlarını idarə edəcək hakimlər açıqlanıb.
mediasport.az xəbər verir ki, hər iki görüşün baş hakimi Fəridə Lütfəliyevə olacaq.
Ona yan xətt hakimləri Gülnurə Əkbərzadə və Sevda Nuriyeva kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Əli Əliyev yerinə yetirəcək.
Azərbaycan – Xorvatiya
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Kamran Əliyev
10 noyabr. Dalğa Arena. Saat 16:00
Azərbaycan – Xorvatiya
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, Əli Əliyev
13 noyabr. Dalğa Arena. Saat 16:00