Millimizin keçmiş hücumçusu məşqçilik kurslarına qatılıb

 Millimizin keçmiş hücumçusu məşqçilik kurslarına qatılıb

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya mərkəzində UEFA B kateqoriyalı məşqçi kursunun III mərhələsi başlayıb.

Mediasport.az xəbər verir ki, milli assosiasiyanın baş həkimi Vyaçeslav Xomenko tibb üzrə, sabiq FIFA referi köməkçisi Orxan Məmmədov isə oyun qaydaları üzrə kurs iştirakçılarına seminar keçiblər.

Oktyabrın 5-dək davam edəcək məşğələlər təlimatçılar Aslan Kərimov, Osman Rəhimov, Fərid Namazov və Elşən Poladovun iştirakı ilə təşkil olunur.

Kurslarda Azərbaycan millisinin və “Qarabağ”ın sabiq hücumçusu Rauf Əliyev də iştirak edir.