Mingəçevirdə COP29-a dəstək xarakterli təmizlik aksiyası keçirilib
Azərbaycan Kaneo və Avarçəkmə Federasiyası (AKAF) Mingəçevirdə “Kür” Olimpiya Tədris-idman Mərkəzində təmizlik aksiyası təşkil edib.
Mediasport.az xəbər verir ki, aksiya bu il Azərbaycanda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-a dəstək xarakteri daşıyır.
Aksiyada AKAF-ın idmançı-məşqçi heyəti, federasiya nümayəndələri, həmçinin Gənclər və İdman Nazirliyi, Mingəçevir Şəhər İcra Hakimiyyəti, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin nümayəndələri iştirak edib.
Tədbirin keçirilməsində əsas məqsəd ətraf mühitin, yaşıllığın, su ehtiyatlarının qorunmasında iştirak, bu yolla həm də cəmiyyəti ekologiyanı qorunmağa dəvət etməkdir. Təmizlik aksiyası zamanı həm “Kür” OTİM-in ətrafı, həm də Kür çayında iməcilik keçirilib.