MOK-da yeni müqavilə

MOK-da yeni müqavilə

Milli Olimpiya Komitəsi rəqəmsal ödəniş sənayesində dünya lideri olan VISA şirkəti ilə tərəfdaşlıq memorandumu imzalayıb.

MediaSport.az xəbər verir ki, VISA-nın Azərbaycan üzrə baş direktoru və regional meneceri Nurlan Hacıyev çıxışında Azərbaycanda idmanın inkişafına dəstək olmaqdan qürur duyduqlarını vurğulayıb.

Qeyd edək ki, Milli Olimpiya Komitəsi VISA şirkəti ilə 2023-cü və 2024-cü illər ərzində əməkdaşlıq edəcək.