Monqolustanda keçiriləcək yarışda ölkəmizi 9 gimnast təmsil edəcək

  Monqolustanda keçiriləcək yarışda ölkəmizi 9 gimnast təmsil edəcək

Monqolustanda "Gimnastika hamı üçün" idman növü üzrə "6-cı Asiya Gimnastradası" yarışları keçiriləcək.

Mediasport.az xəbər verir ki, 13-15 sentyabr Ulan-Bator şəhərində baş tutacaq turnirdə 9 gimnast məşqçi Ruslan Eyvazovun rəhbərliyi altında birincilik uğrunda mübarizə aparacaq.

Yığma komandamızın heyətini təqdim edirik:

Fidan Bədəlova, Aygün İsmayılova, Rəna Fətəliyeva, Ellada Qardaşəliyeva, Alfiya Mantova, ⁠Humay Qafarova, Şəhanə Cəfərova, Darya Kşnyakina, Anastasiya Kşnyakina.