"Yuventus"da kütləvi istefa
Azarkeşlərin bütün diqqətinin Qətərdə keçirilən Dünya çempionatına yönəldiyi bir vaxtda "Yuventus"da gözlənilməz istefalar reallaşıb.
mediasport.az xəbər verir ki, Turin klubunun prezidenti Andrea Anyelli və vitse-prezident Pavel Nedved başda olmaqla, klubun idarə heyəti tam tərkibdə istefa verib.
İtaliya mətbuatı yazır ki, son dönəmlərdəki uğursuzluq səbəbindən kütləvi istefalarla üz-üzə qalan "byankonerilər"in yeni strukturu yaxın vaxtlarda formalaşdırılacaq.
Andrea Anyelli 2010-cu ildən klubun rəhbəri idi, əfsanəvi çex Pavel Nedved isə 2016-cı ildən "Yuventus"da vitse-prezident vəzifəsini icra edirdi.