İdman jurnalisti Elnur Məmmədli AFFA-nın mətbuat katibi təyin olundu

İdman jurnalisti Elnur Məmmədli AFFA-nın mətbuat katibi təyin olundu

AFFA-ya yeni mətbuat katibi təyin olunub.

Federasiyadan "MediaSport"a verilən məlumata görə, bu vəzifədə Elnur Məmmədli çalışacaq.

Tanınmış telejurnalist bundan əvvəl “Futbol+”, "ANS", "AzTV" və “CBC Sport”da fəaliyyət göstərib. Eyni zamanda Azərbaycan Boks Federasiyasında mətbuat katibi vəzifəsində işləyib.

Qeyd edək ki, Elnur Məmmədli bu vəzifədə "Səbail"ə keçən Firuz Abdullanı əvəzləyib.