Vilayət Eyvazov 26 qat dünya çempionunu rəis təyin etdi

Vilayət Eyvazov 26 qat dünya çempionunu rəis təyin etdi
Vilayət Eyvazov 26 qat dünya çempionunu rəis təyin etdi

Daxili işlər naziri General-polkovnik Vilayət Eyvazov əmr imzalayaraq, "Dinamo" İdman Cəmiyyətinin Baş İnspektoru, polis polkovnik-leytenantı, Əməkdar məşqçi Eduard Məmmədova yeni vəzifə verib. MediaSport.az xəbər verir ki, 26 qat dünya çempionu bundan sonra DİN-in İdman Cəmiyyətinin İdman-təlim şöbəsinin rəisi vəzifəsini icra edəcək.

Məmmədov bu barədə "feysbuk" hesabında paylaşım edərək etimad göstərənlərə təşəkkürünü bildirib: "Bu etimadı mənə göstərdiklərinə görə Vilayət Eyvazova və DİN-in İdman Cəmiyyətinin sədri, polis polkovniki Zemfira Meftəhəddinovaya öz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Hər zaman olduğu kimi, bundan sonra da millətimə, dövlətimə şərəf və vicdanla xidmət edəcəyəm".

"Ağ canavar " ləqəbli peşəkar kikboksçu, 7 qat Avropa çempionu, 7 qat dünya kubokunun sahibi, 15 qat Azərbaycan çempionu, Asiya və Avrasiya çempionu, peşəkarlar arasında Dünya çempionu, peşəkarlar arasında WAKO versiyası üzrə İnterkontinental kəmərin sahibi, peşəkarlar arasında IKBO versiya üzrə Dünya kəmərinin sahibi, Əməkdar İdman Ustası, Azərbaycan Respublikasının "Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi", Azərbaycan Kikboksinq Federasiyasının İdarə heyətinin sədr müavini, milli komandanın məşqçisidir.