UEFA nümayəndəsi Tovuz şəhər stadionuna 4 saat baxış keçirib
UEFA-nın stadionlar üzrə inspektoru Neboysa İvkoviç Azərbaycana səfər edib.
Mediasport.az xəbər verir ki, Avropa futbol təşkilatının rəsmisi AFFA nümayəndəsi ilə birlikdə Tovuz şəhər stadionuna baş çəkib.
4 saatdan çox çəkən baxışdan sonra serbiyalı funksioner stadionun müvafiq kateqoriyaya yiyələnməsi üçün UEFA-nın tələblərini çatdırıb, tapşırıq və tövsiyələrini verib.
Onun iştirakı ilə keçirilən iclasda stadionun müasir standartlara cavab verməsi üçün görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə olunub.
Qeyd edək ki, Tovuz klubunun baş sponsoru "Huner Group" şirkətinin təsisçisi Ehtiram Quliyev dünən verdiyi müsahibədə qeyd edib ki, "Turan Tovuz" avrokuboklara vəsiqə qazansa, rəqiblərini doğma meydanda qəbul edəcək.