Rusiya klubu Nazim Süleymanovla başa çatan müqaviləni yeniləmədi

Rusiya klubu Nazim Süleymanovla başa çatan müqaviləni yeniləmədi

Rusiyanın "Ximki" klubunda çalışan Nazim Süleymanovun klubla başa çatan müqaviləsi yenilənməyib.

mediasport.az xəbər verir ki, Ximki təmsilçisinin gənclərdən ibarət komandasının (U-19) sabiq çalışdırıcısı ilə yollar ayrılıb.

Əsas komanda ötən mövsümün sonunda Premyer Liqanı tərk edib, gənclərdən ibarət kollektiv isə fəaliyyətini dayandırıb.

Rusiya çempionatlarında "Ximki"nin yalnız əsas və uşaq komandaları çıxış edir.