"Neftçi"yə keçəcəyi gözlənilən "Əl-Nəsr"in forvardı klubundan ayrıldı!
“Neftçi”yə transfer ediləcəyi gözlənilən Dembo Darbo formasını geyindiyi Qazaxıstanın “Ordabası” klubundan ayrılıb.
Mediasport.az xəbər verir ki, 26 yaşlı hücumçu Çimkənd klubu ilə rəsmən vidalaşıb.
Qambiya milli komandasının forvardı qazaxlarla bu il dekabrın 31-də başa çatacaq anlaşmasını qarşılıqlı razılıq əsasında pozub.
Müqavilə ilə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna məxsus afrikalının Riyad təmsilçisi ilə sözləşməsi 2024-cü ili sonuna qədərdir.
"Neftçi"nin baş məşqçisi Roman Qriqorçukun Ukraynanın "Şaxtyor" (Soliqorsk) klubunda rəhbərliyi altında oynamış Darbonun qısa vaxtda Bakıya gələcəyi bildirilir.
O, 2021-ci ildən dəvət aldığı yığmada 5 oyunda forma geyinib. Bu il "Ordabası"da keçirdiyi 7 matçda 3 qol vurub.