Nazirlərin VII Beynəlxalq Konfransı Bakıda keçiriləcək

Nazirlərin VII Beynəlxalq Konfransı Bakıda keçiriləcək

Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) Bakıda keçiriləcək.

mediasport.az xəbər verir ki, bununla bağlı qərar UNESCO-nun Fransanın paytaxtı Parisdəki baş qərargahında gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Hökumətlərarası Komitənin (CIGEPS) növbəti sessiyasında qəbul olunub.

Əvvəlcə nazir MINEPS VII konafransının Bakıda təşkili ilə ilə bağlı Komitə üzvlərinə Azərbaycana dair təqdimatla çıxış edib. Sonra Azərbaycan Hökuməti ilə UNESCO arasında Ev sahibi müqaviləsi bağlanıb. Müqaviləni Azərbaycan Hökuməti adından F.Qayıbov, UNESCO tərəfindən isə Baş direktorun Sosial və Humanitar Elmlər üzrə müavini Qabriyela Ramos imzalayıblar.

MINEPS VII konfransı 2023-cü il 14-17 mart tarixlərində keçiriləcək.