Kollegiya iclasında idman mütəxəssislərinə fəxri adlar verilib
Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.
Mediasport.az xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbovun sədrliyi ilə keçən iclasın gündəliyinə əsasən, bir sıra məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.
İclasda Kollegiya "Öyrədənlər platforması" barədə təqdimat dinlənilib və layihənin icra edilməsi barədə qərar qəbul edilib. 2024-cü il üçün idman növləri üzrə yığma komandaların, məşqçi və idmançı heyətlərinin yenilənmiş siyahısı müzakirə olunaraq səsvermə ilə təsdiqlənib.
Tədbirdə idman mütəxəssislərinə fəxri adların verilməsi məsələsinə baxılıb və nazirliyin kollegiya qərarı ilə Ramal Əsgərov, İlqar Tağıyev "Azərbaycan Respublikasının Fəxri bədən tərbiyəsi və idman işçisi" adına layiq görülüblər.