Nigeriyalı hücumçu Azərbaycan klubu ilə anlaşdı, sonra imtina etdi

Nigeriyalı hücumçu Azərbaycan klubu ilə anlaşdı, sonra imtina etdi

Rumıniya Superliqası təmsilçisi "Petrolul"un forvardı Kristian İrobiso Azərbaycandan aldığı təklifi geri çevirib.

Mediasport.az saytına verilən məlumata görə, nigeriyalı futbolçunun dəvətindən imtina etdiyi klub "Neftçi"dir.

"Ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu Rumıniyadan tanıdığı və bəyəndiyi 30 yaşlı mərkəz hücumçusunu ölkəmizə dəvət etsə də, afrikalı Ployeşti klubunda qalmağa üstünlük verib.

Rumıniya mətbuatının yazdığına inansaq, əslində, tərəflər arasında danışıqlar müsbət yekunlaşıb və "Petrolul"a 200 min avro təzminat qarşılığında İrobiso Azərbaycana yollanmağa hazırlaşırmış. Lakin açıqlanmayan səbəblərdən nigeriyalı son anda fikrini dəyişib.

Transfer dəyəri 250 min avro qiymətləndirilən forvardın Rumıniya təmsilçisi ilə müqaviləsi 2024-cü ilin yayına qədərdir.