"Neftçi" 1 milyon avro qiyməti olan braziliyalı forvardı transfer edir!

 "Neftçi" 1 milyon avro qiyməti olan braziliyalı forvardı transfer edir!

"Neftçi" heyətini braziliyalı vingerlə gücləndirməyə hazırlaşır.

Mediasport.az xəbər verir ki, bu barədə Bolqarıstan mətbuatı məlumat yayıb.

Bildirilir ki, "ağ-qaralar" "Levski"nin forvardı Rikardinyonun transferi üçün danışıqlara başlayıblar.

Məlumata əsasən, Sofiya təmsilçisi "sambaçı"nın keçidi üçün 1 milyon avro tələb edir.

23 yaşlı cənubi amerikalı vətənində “Qremio” və “Atletiko Qoyaniense”də, həmçinin Portuqaliyanın “Maritimu” klubunda çıxış edib.

2023-cü ildə “Levski”yə keçən Rikardinyo burada 44 oyuna 17 qol vurub.