Musa Qurbanlı İsveçdə həftənin rəmzi komandasına düşdü - FOTO

Musa Qurbanlı İsveçdə həftənin rəmzi komandasına düşdü - FOTO

İsveçin “Yurqorden” klubunda çıxış edən Musa Qurbanlı ölkə çempionatının ötən həftə keçirilən matçlarından sonra rəmzi komandaya düşüb.

Mediasport.az xəbər verir ki, 21-ci tur çərçivəsində “Degerfors”la qarşılaşmada 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Azərbaycan milliisinin hücumçusunun çıxışı 8,7 balla qiymətləndirilib.

Ən yüksək xala “Hammarbü”nün yarımmüdafiəçisi Nahir Besara (9,2) layiq görülüb. Qurbanlı ilə yanaşı, “Yurqorden”in müdafiəçisi Markus Danielson da rəmzi “11-liy”ə salınıb.