"Neftçi" Konteni transfer edir?

 "Neftçi" Konteni transfer edir?

"Neftçi"nin heyətinə qatmaq istədiyi hücumçulardan birinin kimliyi dəqiqləşib.

Mediasport.az xəbər verir ki, bu, Bolqarıstan Superliqasında yarışan "Lokomotiv"in forvardı Alfa Bedor Kontedir.

Bolqarıstan mətbuatının yazdığına inansaq, 23 yaşlı syerra leonelinin keçidi bugünlərdə həll olunacaq.

"Ağ-qaralar"ın bu transfer üçün Plovdiv təmsilçisinə 400 min dollar təzminat ödəyəcəyi bildirilir.

Afrikalının Bolqarıstan klubu ilə anlaşması 2025-ci ilin iyununa qədərdir.