"Neftçi" braziliyalı futbolçunu istəyir, o isə "Qarabağ"ı izləyir

"Neftçi" braziliyalı futbolçunu istəyir, o isə "Qarabağ"ı izləyir

"Neftçi" qış transfer pəncərəsində heyətinə braziliyalı futbolçu cəlb edə bilər.

Mediasport.az Şimali Makedoniyanın "sportmedia.mk" saytına istinadən xəbər verir ki, "ağ-qaralar" "Şkupi"nin yarımmüdafiəçisi İnasio Kuevenlə maraqlanırlar.

Paytaxt təmsilçisi 25 yaşlı braziliyalının meneceri ilə təmasa keçiblər. Onun klubla anlaşması dekabrın 31-də başa çatacaq.

Maraqlıdır ki, Kueven sosial şəbəkə hesablarında Azərbaycandan yalnız "Qarabağ"ı izləyir.